Modern.az

Cəlilabadda ƏMƏLİYYAT: xarici vətəndaşlar saxlanıldı

Cəlilabadda ƏMƏLİYYAT: xarici vətəndaşlar saxlanıldı

Təhsil

3 May 2016, 12:41


Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda əməliyyat keçirib, xarici vətəndaşlar saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, İran polisindən alınan əməliyyat məlumatı əsasında DİN Cəlilabadın Cəfərli kəndində xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində iki İran vətəndaşı - Mərəhməd Fərhəngi və Rəhim Fərəci saxlanılıblar.

Onların üzərindən 1 AKS markalı avtomat silahı (30 güllə ilə birlikdə), bir qoşa lülə ov tüfəngi, gecə görmə cihazı, məftil kəsən alıt və 5 kq heroin aşkarlanıb.

Modern.az   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə