Modern.az

DİN “Azərsu” rəsmisinin düşdüyü qəza barədə MƏLUMAT YAYDI

DİN “Azərsu” rəsmisinin düşdüyü qəza barədə MƏLUMAT YAYDI

Təhsil

3 May 2016, 13:02

Daxili İşlər Nazirliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Teyyub Cabbarovun xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi, Teyyub Cabbarovun da sərnişin olduğu “Toyota” Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “QAZ-3110” markalı avtomobildə yanğın baş verib.

Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib. R.Haqverdiyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə