Modern.az

Elmar Məmmədyarov Çexiyaya getdi

Elmar Məmmədyarov Çexiyaya getdi

Təhsil

3 May 2016, 13:28



Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çexiyaya səfər edib.

XİN-dən Modern.az-a verilən məlumata görə, nazir E.Məmmədyarov mayın 4-də Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb.

İclas çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə