Modern.az

Erməni Assosiasiya rəhbəri Türk malları boykot etməyə çağırdı

Erməni Assosiasiya rəhbəri Türk malları boykot etməyə çağırdı

Təhsil

3 May 2016, 13:59

Ermənistan İstehlakçılar Birliyinin sədri Armen Poqosyan ölkəsində türk mallarının satılmasına kəskin etiraz edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, asssosiasiya rəhbəri belə malları almamağın hər bir erməni üçün şərəf məsələsi olduğunu deyib.

“Bizə iqtisadi baxımdan sərf edəcək ya yox, bu başqa məsələdir. Hər il aprelin 24-də türk bayrağını yandırırıq, amma ilk növbədə türk paltarları geyinməməliyik. Türk mallarını almamaq hər bir ermənini şərəf məsələsidir”.

Poqosyan türk mallarının Ermənistana gətirilməsinə ya məhdudiyyət, ya da tam qadağa qoyulmasının vacibliyindən danışıb. O, ötən il Türkiyədən ölkəsinə 168 milyon dollar dəyərində məhsulun gətirildiyini xatırladıb.

Vüqar İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə