Ermənistan hökuməti mayın 5-də keçirəcəyi iclasda qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsini müzakirə edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihə müxalifətçi deputatlar Zarui Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.
Qanun layihəsi Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını və Ermənistanın onun təhlükəsizliyinə təminatçı olmasını təklif edir.
Aprelin 2-5 tarixlərində cəbhə xəttində baş verən irimiqyaslı toqquşmalardan sonra Ermənistan prezidenti Serj Sarksiyan da Qarabağın müstəqilliyini tanıya biləcəklərini bildirmişdi.
Vüqar İsmayılov