Modern.az

Döyülən hamilə qadın körpəsini itirib

 Döyülən hamilə qadın körpəsini itirib

3 May 2016, 23:26

 

Bakıda dəhşətli hadisə baş verib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, h adisə Xətai rayonunda baş verib.  

Rayonun Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü G.Z. polisə müraciət edərək bildirib ki, qayını tərəfindən döyülüb.

G.Z qeyd edib ki, evdə tək olduğu vaxt qayını, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Süleymanov mənzilə gələrək onu döyüb.

22 yaşlı qadın polisə bildirib ki, hadisə nəticəsində onun bir həftəlik hamiləliyi pozulub.  

Şikayət əsasında E.Süleymanov saxlanılıb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə