Modern.az

Ermənistan parlamentində müdafiə naziri ilə qapalı görüş

Ermənistan parlamentində müdafiə naziri ilə qapalı görüş

4 May 2016, 17:35


Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkə parlamentinin qapalı iclasında hesabat verib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda müxalifətçi deputatların tələbi ilə nazir ordunun idarəolunması və Dağlıq Qarabağdakı situasiya ilə bağlı danışıb.

İclasda parlamentin vitse-spikeri Eduard Şarmazanov, Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan, müdafiə, milli təhlükəsizlik və daxili işlər komitəsinin sədri Koryun Naapetyan, Erməni Milli Konqresinin sədri Levon Zurabyan, deputatlar Tevan Poqosyan,  Xaçatur Kokobelyan və Edmon Marukyan və s. iştirak edib.

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə