Modern.az

Moskvada terrora hazırlaşan 12 nəfər tutuldu

 Moskvada terrora hazırlaşan 12 nəfər tutuldu

4 May 2016, 21:28

 

Federal Təhqiqat Bürosu Moskvada terror törətməyə hazırlaşan 12 nəfəri saxlayıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Yasenovadakı yaşayış evinə baxış zamanı patlayıcı, qumbara, “Kalaşnikov” avtomatı və ekstremist ədəbiyyat tapılıb.

Saxlanılanlardan ikisinin telefonunda əhalinin kütləvi toplaşdığı yerlərə planlaşdırılan hücumlarla bağlı Suriya və Türkiyə ərazilərindəki yareaqlılarla yazışmaları aşkarlanıb.

Novoyasenevski prospektindəki mənzildə ikisi uşaq olmaqla 14 nəfər yaşayıb. Yetkinlik yaşına çatmayanlar bütün məqamlar araşdırılana qədər uşaq xəstəxanasına verilib.

Saxlanılan 12 nəfərdən ikisi Özbəkistan, ikisi Rusiya, biri Qırğızıstan vətəndaşıdır.

Məlum olub ki, onların hamısı Rusiya ərazisində qanuni olublar və qeydiyyatdan keçiblər. Bilavasitə terror aktlarının hazırlanmasına görö saxlanılanlardan ikisi – Elerdin E. və Ənvərcan T. Rusiya vətəndaşlarıdır.

Onlar bütün halların araşdırılması üçün FTB-nin mərkəzi aparatına gətiriliblər. Mənzildə yaşayan digər şəxslərin yaraqlılarla əlaqələrinin olub-olmadığı yoxlanılır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə