Modern.az

İqtisad Universitetində Heydər Əliyevə həsr olunmuş elmi sessiya keçirildi - FOTO

İqtisad Universitetində Heydər Əliyevə həsr olunmuş elmi sessiya keçirildi - FOTO

6 May 2016, 14:53

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan elmi sessiya keçirlib. Tədbir iştirakçıları öncə Heydər Əliyev büstü önünə gül dəstələri qoyublar, daha sonra “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda  Texnologiya və dizayn  fakültəsinin tələbələri arasında keçirilən rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət  sərgi ilə tanış olublar.

Tədbirdə universitetin rektoru, professor Ədalət Muradov çıxış edib

Daha sonra söz alan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Heydər Əliyevin həyat və faəliyyətindən, onun sosial sahədə gördüyü işlərdən söz açıb. Bildirib ki, Heydər Əliyev öz müdrik siyasəti sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə və xalqın müstəqillik arzusuna çatmasına nail olub və hazırda bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra sessiyada ADİU-nun nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, iqtisad elmlər namizədi Rəşad Hüseynov, “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri Əli Əlirzayev və Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, Səbail rayonu YAP Qadınlar Şurasının sədri dosent Təranə Kərimova çıxış ediblər.




Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə