Modern.az

Almaniya Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI

Almaniya Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI

6 May 2016, 15:18

Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Martin Şefer ölkəsinin Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı münasibətini ifadə edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şefer rəsmi Berlinin yaranmış situasiyadan narahat olduğunu ifadə edib.

“Biz Dağlıq Qarabağda yeni gərginlik əlamətlərindən narahatıq. Tərəflər arasında təmas xəttində müşahidə edilən gərginliyi böyük narahatlıqla izləyirik. ATƏT-in sədri kimi bizi tərəfləri yeni gərginliyə yol açmamağa çağırırıq”.

Almaniya ATƏT-ni Minsk Qrupunun vasitəçilik missiyasını dəstəklədiklərini də vurğulayıb.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə