Modern.az

"Bu il qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq"

"Bu il qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq"

10 May 2016, 10:39


Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib.

Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
"Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq".

M. Abbaszadə əlavə edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: "İxtisasların müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə