Modern.az

Beynəlxalq Bankdan 20 veterana DƏSTƏK

Beynəlxalq Bankdan 20 veterana DƏSTƏK

10 May 2016, 12:46


Beynəlxalq Bank Böyük Vətən Müharibəsində iştirakçı olmuş 20 müştərisini faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib, Leninqrad (Sankt-Peterburq) mühasirəsində qalmış 9 nəfər də daxil olmaqla 20 veterana Bankın Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində birdəfəlik maddi yardım göstərib.

Bu haqda bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunub.

Bildirilib ki, onlara hesabında 200 manat vəsait olan “Maestro” ödəniş kartları hədiyyə olunub: “Bank əməkdaşları ölkəmizin müxtəlif bölgələrində yaşayan bu şəxslərə baş çəkərək onlara Azərbaycan Beynəlxalq Bankının bayram təbrikini, sovqat və hədiyyələrini çatdırıblar”.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə