Modern.az

Rektor tələbələrlə qoşulub ağac əkdi - FOTO

Rektor tələbələrlə qoşulub ağac əkdi - FOTO

10 May 2016, 14:45

10 may Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə bütün respublika üzrə iməclik və ağacəkmə kampaniyaları keçirilib. Bakının park, bağ və xiyabanlarında abadlıq işləri aparılıb.  Azərbaycan Tibb Universitetinin kollektivi də bu ümumi yaşıllaşdırma kampaniyasından kənarda qalmayıb.

Modern.az xəbər verir ki, bu gün Azərbaycan Tibb Universitetinin (ATU) şəhərciyində də abadlıq işləri aparılıb. ATU rəhbərliyi və tələbələrin birgə səyləri ilə şəhərciyin bağında bardyurlar ağardılıb, ağacların altı bellənib. Bundan sonra şəhərciyin torpaq sahəsində xüsusi ləklər quraşdırılıb, 50-yə yaxın gül əkilib.

ATU-nun müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, professor Gəray Gəraybəyli də tələbələrə qoşularaq onlarla birlikdə iməclik zamanı güllər və gül açan kollar əkib.




Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə