Modern.az

Keçmiş baş nazirin oğlu əsirlikdən xilas edildi

Keçmiş baş nazirin oğlu əsirlikdən xilas edildi

10 May 2016, 21:14

 

Pakistanın keçmiş baş naziri Yusif  Rza Gilaninin oğlu Əfqanıstanda yerli və ABŞ xüsusi xidmətlərinin birgə əməliyyatı zamanı 3 illik əsirlikdən azad edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, Əli Hayder Gilani tibbi müayinədən keçirildikdən sonra Pakistana göndəriləcək.

Gilani Əfqanıstanın şərqindəki Qazni əyalətində keçirilən əməliyyat zamanı xilas edilib. Əli Hayder Gilani 2008-ci ildən 2012-ci ilə qədər Pakistanın  baş naziri olan Yusif  Rza  Gilaninin kiçik oğludur.

O 2013-cü ilin may ayında ümumi seçkilərə iki gün qalanda Multan şəhərində oğurlanıb. Oğul Gilani həmin vaxt Pəncab əyalətində qanunuverici orqana deputatlığa iddialı olub.   

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə