Modern.az

Lavrov Kerri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

 Lavrov Kerri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

10 May 2016, 23:18

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri aralarında yenidən telefon danışığı olub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, aparılan telefon danışığı zamanı tərəflər digər məsələlərlə yanaşı  Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər.

Lavrov və Kerri telefon danışığı zamanı Suriyadakı vəziyyətin nizamlanmasına dair məsələ ətrafında da fikir mübadiləsi aparıblar.  

Tərəflər həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.  

Rusiya XİN-in məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.   

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə