Modern.az

Sərxoş qadın sürücü bölməyə aparılıb-Video

 Sərxoş qadın sürücü bölməyə aparılıb-Video

11 May 2016, 00:19

 

Bakıda minik avtomobilini sərxoş vəziyyətdə idarə edən qadın sürücü saxlanılıb.  

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.  

Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılan sürücü sənədlərini təqdim etməkdən və alkoqol testindən imtina edib.

Maşındakı qadın sərnişin də içkili vəziyyətdə olub.

Nəticədə polisin əmrinə tabe olmayan sürücü Yasamal rayon 29-cü Polis bölməsinə, "90-ZF-304" qeydiyyat nişanlı "Mazda CX5" markalı maşın isə cərimə meydançasına aparılıb.

Sürücünün şəxsiyyəti müəyyənləşdirilir.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə