Modern.az

AZAL “qara siyahı”ya daxil olanların sayını AÇIQLADI

AZAL “qara siyahı”ya daxil olanların sayını AÇIQLADI

7 İyun 2016, 09:42

“Azərbaycan Hava Yolları” (AZAL) arzuolunmaz sərnişinlərin siyahısını açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az saytının sorğusuna cavab olaraq deyib ki, hal-hazırda arzuolunmaz sərnişinlər siyahısına 82 nəfər daxildir.

Onun sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

 

“Hava gəmisinin bortunda sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır.

 

Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür.

 

Sərnişin qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və aviaşirkətin "Arzuolunmaz sərnişinlər" siyahısına daxil edilir”.

 

P.Kəsəmənski bildirib ki, AZAL-ın "Arzuolunmaz sərnişinlər" siyahısı ilə aviaşirkətin saytında tanış olmaq mümkündür:

“Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və pasport nömrəsini yazaraq sərnişinin Arzuolunmaz sərnişinlər"in siyahısında olub-olmaması və əgər siyahıya daxil edilibsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə