Modern.az

Azərbaycanda daha 25 min müəllimin maaşı artırıldı

Azərbaycanda daha 25 min müəllimin maaşı artırıldı

8 İyun 2016, 13:05

Bu tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) əməkhaqqı artırılıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Prezident Ilham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları bu ilin aprelin 1-dən orta hesabla 10 faiz qaldırılıb.

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan, əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi də keçirilib.


Müəllimlərin əməkhaqları dərs yükünə, pedaqoji fəaliyyət üzrə stajına, ali və ya orta ixtisas təhsilli olmasına, sinif rəhbəri və fəxri adının olub-olmamasına və digər bir neçə meyara uyğun 30-40 faiz artırılıb.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə