Modern.az

Nazir “Son zəng”lə bağlı əmr verdi

Nazir “Son zəng”lə bağlı əmr verdi

10 İyun 2016, 13:11

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən Modern.az saytına verilən məlumata görə, əmrdə bildirilir ki, “Son zəng” tədbiri 14 iyun 2016-cı il tarixdə yalnız müəssisənin ərazisində təşkil olunmalıdır.

Əmrə əsasən, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və  ictimaiyyətin nümayəndələrinin iştirakı təmin ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Mikayıl Cabbarovun imzaladığı görə, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görüləcək.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə