Modern.az

Qənirə Paşayeva türkiyəli jurnalistlərə nə deyib?

Qənirə Paşayeva türkiyəli jurnalistlərə nə deyib?

Təhsil

19 Fevral 2011, 23:30

Bu günlərdə Azərbaycanda səfərdə olan Türkiyənin TRT kana­lının əməkdaşları və bir qrup jurnalist millət vəkili Qənirə Paşa­yeva ilə gö­rüş­üb.

Qardaş ölkə jurnalistləri bildiriblər ki, səfərlərində əsas məq­səd, Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi və ümu­miyyətlə Azərbaycan həqi­qətləri barədə televiziya proqramı və sə­nədli film çəkmək, habelə, nüfuzlu dərgi və qəzetlərdə yayın­la­nacaq məqa­lə­lər hazırlamaqdır.

Millət vəkili Azərbaycan həqiqətlərini sənədli filmlər və proq­ramlar vasitəsi ilə qardaş Türkiyə ictimaiy­yətinə daha geniş miq­yasda çat­dırılmasının çox vacib olduğunu vurğulayıb, öz fikir və mülahizələrini bölüşüb.

Q.Paşayeva jurnalistlərə Ermənistanın işğal altında saxladığı Azər­baycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbir­stanlıqları dağıtdəqlarını çatdırıb. O, Xocalı soyqırımı da daxil olmaqla dinc azər­baycanlılara qarşı törətdilən soyqırım aktları, 1 milyon azər­bay­canlı qaçqın və məcburi köç­künün öz yurd-yuvasına dön­mə­sinə imkan verilməməsi barədə ətraflı məlumatların əks olunduğu müsahibə verib.

Jurnalistlərə Azərbaycan həqiqətlərinə dair çoxlu sayda kitab, sənədli film və videomateriallar təqdim edən millət vəkili müsahibəsində, Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən beynəlxalq təşkilatların qətnamə və sənədləri barədə də jurnalistləri bilgi­ləndirib. O, eyni zamanda ermənilərin tarixi  Azərbaycan tor­paqlarına 19-cu əsrdən başlayaraq rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan ma­raqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb. Xanım millət vəkili bildirib  ki, bu günkü Ermənistan dövlətinin yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır və ermənilərin bu torpaqlara köçürülməsi ilə yanaşı azərbaycanlıların zorla öz torpaqlarından çıxarılması, deportasiya olunması prosesi də aparılıb və bu bədnam siyasət həm rus imperiyası, həm də SSRİ rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilib.

Qənirə Paşayeva erməni silahlılarının, erməni terror təşkilat­larının 1905-07, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımları, 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının bu gün­kü “Ermənistan” ərazisindən - öz ata-baba yurdlarından zorla deportasiya edilmələri, 1988-ci ildə Ermənistan dövlətinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də jurnalistlərə ətraflı məlumat verib.

Millət vəkili Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiy­yətə daha geniş çatdırılması istiqamətində prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən də danışıb. O, deyib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə, o cümlədən hər iki ölkənin xaricdəki diasporları, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, tanıdılması istiqamətində birlikdə daha sıx çalış­malıdırlar və bu hər iki ölkə üçün çox önəmlidir.     

Sonra millət vəkili jurnalitsləri Ermənistanın işğal etdiyi Azər­baycan torpaqlarında törədilmiş soyqırım və vandalizm aktlarının canlı şahidləri olmuş, ev-eşiklərini itirmiş qaçqın və məc­buri köçkünlərlə görüşdürüb. Jurnalistlər millət vəkilinə sənədli filmin və proq­ram­ların  mümkün olan ən qısa zamanda araya-ərsəyə gətirə­cəklə­rini və yayımını təşkil edəcəklərini bildiriblər.

Qeyd edək ki, bu silsilədən ilkin proq­ramlar və məqalələr artıq yaxın günlərdə nümayiş olunacaq.

Modern.az

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat