Millət vəkili Gülər Əhmədovanın Modern.az saytına verdiyi məlumata görə, bu gün o, Çexiyanın paytaxtı Praqaya səfər edib. Səfər çərçivəsində deputat “Xocalıya ədalət” kampaniyası çərçivəsində Praqada keçiriləcək tədbirdə iştirak edəcək.
G.Əhmədovanın sözlərinə görə, Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı keçiriləcək tədbirdə Beynəlxalq Diaspor Təşkilatının rəhbərliyi də iştirak edəcək. Tədbirdə Xocalı ilə bağlı gizli olan sirlər dünya ictimaiyyətinə çatdırılacaq. Bundan başqa həmçinin anım mərasimində yeni nəşr edilmiş kitablar sərgilənəcək, fotosərgilər nümayiş olunacaq.