Hindistanın ölkəmizdəki səfiri Debnat Şou Modern.az saytına açıqlamasında bildirib ki, hazırda Hindistanda Azərbaycan səfirliyinin əməkdaşları ilə birlikdə 20-yə yaxın soydaşımız yaşayır ki, onların da 3 nəfəri tələbədir.
Səfir Modern.az saytının əməkdaşının “Azərbaycanda neçə nəfər hindistanlı yaşayır” sualına cavabında isə bildirib ki, Azərbaycanda təxminən 350 hindistanlı yaşayır.
Səfir qeyd edib ki, bu rəqəmlər arasındakı fərq ölkələrin ümumi əhalisi arasındakı fərqlə mütənasibdir. Çünki 1 milyarddan çox Hindistanın əhalisi var, 9 milyondan çox Azərbaycanın əhalisi...
Səfir qeyd edib ki, bu çox kiçik bir rəqəmdir və rəqəmlər yüksəlməlidir: “Belə demək olar ki, babalarımız bizdən daha yaxın olublar”.
P.S. Səfirlə geniş müsahibəni yaxın zamanlarda saytımızda oxuya bilərsiniz.