Modern.az

Azərbaycanlı deputatların xahişi Türkiyədə qəbul olundu

Azərbaycanlı deputatların xahişi Türkiyədə qəbul olundu

23 Fevral 2011, 14:17

Türkiyənin  Sparta şəhərinin mərkəzində yaxın zamanlarda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq. Sparta bələdiyyə başçısı Yusif Ziya Günaydınla görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri millət vəkilləri Qənirə Paşayevanın, Elman Məmmədovun, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Spartada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması ilə bağlı xahişi, təklifi müsbət qarşılanıb.
Gələn il Xocalı Soyqırımının 20-ci ildönümü olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə dünyaya Azərbaycan-Türkiyə qardaşlığının əbədi olması, Türkiyənin bu məsələyə həssasiyyətini nümayiş etdirməklə yanaşı Ermənistanın, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları, Xocalı soyqırımını artıq görün və tanıyın məsajını da verəcək.  Eyni zamanda bu, böyüyən gənc nəsillərin tariximizi daha yaxından bilməsi və ona daha çox  sahib çıxması üçün də vacib və əhəmiyyətlidir. «Biz çox istəyərdik ki, gələn ilin fevral ayına qədər bu abidə hazır olsun və biz sizinlə və Spartada yaşayan insanlarımızla birlikdə Xocalı Soyqırımının ildönümünün anım tədbirlərini orada keçirək» deyən Azərbaycan nümayəndə heyəti üzvlərinin təklifi  Sparta bələdiyyə başçısı tərəfindən müsbət qarşalınıb. O, gələn ilin fevralını gözləmədən yaxın aylarda Spartanın mərkəzində ən gözəl yerlərdən birində Xocalı  soyqırımı qurbanlarının xatirəsinə abidə qoyacaqlarını bildirib.
“Bu təkcə Azərbaycan xalqının deyil bütün Türklərin ağrısı, acısıdır” deyən bələdiyyə başçısı bundan sonra da daim Azərbaycanın yanında olacaqlarını bildirib. 
Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə ətraflı məlumat verib və Xocalı soqırımının dünyaya daha geniş çatdırılması, tanıdılması istiqamətində bütün Türk dünyasının səylərinin artmasının vacibliyini, Türkiyənin müxtəlif bölgələrində, bələdiyyələrində, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin qoyulmasının və soyqırımın tanınmasının vacibiyini vurğulayıblar.

Bələdiyyə başçısına millət vəkili Qənirə Paşayeva ilə Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın birgə hazırladığı və Türkiyə türkcəsində nəşr olunmuş, «Xocalı Soyqırımı: Şahidlərin dilindən»kitabı təqdim olunub. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat