Modern.az

Şəmkirdə reydlər keçirilib

Şəmkirdə reydlər keçirilib

Təhsil

24 Fevral 2011, 10:17

Gəncə Regional Elektrik Şəbəkəsinin əməkdaşları Şəmkirdə reyd keçirib. Modern.az-ın məlumatına görə, yoxlamalar zamanı xeyli sayda israfçılıq halı aşkarlanıb. Buna yol verən abonentlərə qarşı müvafiq qaydada akt tərtib olunub.
Şəmkirin Zəyəm qəsəbəsində keçirilən reyd zamanı xeyli sayda maraqlı faktlar aşkarlanıb. Müəyyən edilib ki, qəsəbədə kimi sayğacsız, kimi isə sayğacdan kənar xətt çəkərək israfçılıq hallarına yol verir. Zəyəm qəsəbəsində aparılan yoxlamalar zamnı bir neçə obyektdə enerji oğurluğu  halı aşkarlanıb.
Şəmkir Elektrik Şəbəkəsinin rəisi Qafar Bağırovun sözlərinə görə, Zəyəm qəsəbəsinin dəmir yolu deyilən ərazisində müxtəlif ticarət obyektləri var ki, onlara dəfələrlə cərimə yazılıb, enerji verlişi dayandırılsa da, özbaşına şəbəkəyə qoşulmalara son qoyulmayıb.
“Əhali təərfindən ən çox israfçılığa yol verilən Əliyaqublu kəndidir. Orada hazırda işlədilən enerjinin 50 faizının dəyəri toplanmır” deyə Qafar Bağırov bildirib.
2011-ci ilin geridə qalan dövrü ərzində Şəmkir rayonu ərazisində keçirlən reydlər nəticəsində 164 abonentə 66 min manatdan artıq cərimə aktı tərtib olunub. Bu günədək bu məbləğdən 9 min manata qədəri ödənilib.

Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat