Modern.az

İki Milli Qəhrəmanın ad günüdür

İki Milli Qəhrəmanın ad günüdür

Təhsil

24 Fevral 2011, 11:04

Bu gün Azərbaycanın iki Milli Qəhrəmanının ad günüdür.

Hüseynov Əfqan Qaraxan oğlu 24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1970-ci ildə 109 saylı orta məktəbə gedib və 1978-ci ildə səkkizinci sinfi bitirib C. Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseydə təhsilini başa vurduqdan sonra, Bakı Ümumqoşun Komandirlər məktəbinə qəbul olunub. 1984-cü ildə bacarıqlı zabit kimi təyinatla Simferopol şəhərinə göndərilir. 1985-ci ildən 1987-ci ilə qədər Əfqanıstanda gedən döyüşlərdə iştirak edir, bir neçə dəfə ağır yaralanır. Göstərdiyi qəhrəmanlığa görə orden və medallarla təltif olunur. 1992-ci ilin avqustunda Milli Qvardiya alayı yarandı və Əfqan Hüseynov alay komandiri təyin edildi. 1 noyabr 1992-ci ildə Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı o, qəhrəmancasına həlak oldu. Ailəli idi. Bir qızı var. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. C. Naxçıvanski adına Liseydə və Milli Qvardiya Qərargahında büstü qoyulmuşdur. Xətai rayon Gənclər Təşkilatında onun adına əlaçı təqaüdü təsis edilib. İsmayılov İnqilab Ələkbər oğlu  24 fevral 1962-ci ildə Xocalıda anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmətə başlayıb. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirib. O, 1984-cü ildə Xocalıya qayıdır. 1988-cı ildən Dağlıq Qarabağda vəziyyət gərgin olanda İ.İsamyılov da torpaqların müdafiəsinə qalxır. 1990-cı ildə Xocalı Polis Şöbəsində işə düzəlir. 1992-ci il Xocalı faciəsi başlayanda İnqilab İsmayılov da Ağdam rayonunda polis-patrul xidməti alayında vəzifə borcunu yerinə yetiridi. 1992-ci il 12 iyunda Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Həmin küçədə onun xatirə lövhəsi vurulub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat