Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “MuğanBank” ASC-nın adi adlı sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100546P, emissiyanın həcmi 4 milyon manat, qiymətli kağızın miqdarı 20 000 ədəd, nominal dəyəri 200 manat, anderrayter “Texnika Kapital Menecment” MMC-dir.