Modern.az

Brayza Azərbaycanda korrupsiyaya qarşı mübarizənin genişlənəcəyinə ümid edir

Brayza Azərbaycanda korrupsiyaya qarşı mübarizənin genişlənəcəyinə ümid edir

Təhsil

24 Fevral 2011, 14:19

“Biz ümidvarıq ki, Azərbaycanda bu yaxınlarda təşəbbüs göstərilən korrupsiyaya qarşı mübarizə tədbirləri daha da genişlənəcək və davam edəcək”. (APA).
Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. M. Brayza ABŞ-ın davam edən dinamik inkişafı daha da artırmaq üçün Azərbaycana kömək etməyə hazır olduğunu bəyan edib.

Səfir ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin bu gün Azərbaycana gələcəyini xatırladaraq deyib ki, səfər zamanı bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi, ölkədə bazar iqtisadiyyatı və iqtisadi islahatların davam etdirilməsi barədə geniş müzakirələr aparacaq.
“Hamıya məlumdur ki, bu ölkədə və regionda Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi məsələsindən daha mühüm və vacib məsələ yoxdur”.

Metyu Brayza deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Azərbaycan xalqına və ümumilikdə regionda yaşayan insanlara stabillik gətirəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat