Modern.az

Liviyanın daha bir şəhəri üsyançıların əlinə keçib

Liviyanın daha bir şəhəri üsyançıların əlinə keçib

Təhsil

24 Fevral 2011, 15:25

Liviyada polkovnik Müəmmər Qəddafi rejiminin sərt tədbirlərinə baxmayaraq üsyan dalğası genişlənir. Son məlumatlara görə, ölkənin şərqindəki yaşayış məntəqələri bir-birinin ardınca üsyançıların nəzarətinə keçir.
Liviyanın qərb hissəsində isə polkovnik Qəddafi hələki nəzarəti əldə saxlamaq uğrunda səylər göstərir.
BBC-nin məlumatına görə, Liviyanın 3-cü şəhəri sayılan Misrata da nəzarət üsyançıların əlinə keçib. Bu şəhər paytaxt Tripolidən 200 km şərqdə yerləşir. Bu arada xrici jurnalistlərə Liviyaya giriş yasaqlanıb.
Bəzi ehtimallara görə, Qəddafi özünü, paytaxt Tripolidəki evində son qarşıdurmaya hazrlayır. Xəbərlərə görə, Müəmmər Qəddafinin yerləşdiyi ərazini onun tərəfdarları ciddi şəkildə müdafiə edirlər. Qəddafiyə loyal qüvvələrin ağır silah növləri ilə silahlandığı bildirilir. Digər şahidlər ərazidə, o cümlədən, ətraf məhəllələrdə tankların yerləşdirildiyini deyirlər.
Xəbərlərə görə, təhlükəsizlik qüvvələri şəxsi evlərə basqın edərək həbslər həyata keçirirlər.
Müxalifətin nəzarət etdiyi ərazini bombalamaqdan imtina edən 2 pilotun paraşütla hərbi təyyarəni tərk etdiyi xəbər verilir. İdarəsiz qalan təyyarə səhrada yerə çırpılıb.

Bir neçə bölgə qubernatorun müxalifət tərəfinə keçdiyi xəbər verilir.

Liviyanın şərqində yerləşən Benqazi şəhəri hazırda müxalifətin nəzarəti altındadır. Deyilənə görə, şəhərdə rəsmilərdən silah almaq üçün uzun növbələr yaranıb. Silahlanan adamların Tripoli uğrunda döyüşə hazırlaşdıqları deyilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat