Modern.az

ADU tələbələri karyera imkanlarını öyrənir (FOTOLAR)

ADU tələbələri karyera imkanlarını öyrənir (FOTOLAR)

Təhsil

24 Fevral 2011, 16:15


Fevralın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Nəsimi rayon Məşğulluq Mərkəzi Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan  IV kurs tələbələri üçün məşğələ keçdi.  Məşğələdə iş axtarmağın, işə düzəlməyin metodologiyası və texnologiyası barədə geniş bəhs edildi. Tədbirdə çıxış edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev  məşğulluq mərkəzlərinin iş tapmaqda mühüm rol oynadığını bildirdi.  Nəsimi rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi  Elgün Əliyev əmək bazarı, əmək bazarında ixtisas və peşələr, işəgötürənlərin peşə və ixtisaslara olan tələbi, ixtisas və peşələrin gələcək prespektivləri haqqında tələbələrə məlumat verdi. İş tapmaqda bir sıra prosedurlardan keçməyin vacibliyini vurğulayan aparıcı məsləhətçi bu sahədə müsahibə mərhələsinin mühüm əhəmiyyət daşıdığından danışdı. Ekspert tələbələrə müsahibəyə psixoloji cəhətdən hazırlaşmağı tövsiyyə etdi.  O, müsahibə zamanı funksional və sosial-məişət suallarının verildiyini tələbələrin diqqətinə çatdırdı.   İşaxtarma mənbələrinə toxunan E. Əliyev  əmək bazarındakı vəziyyət haqqında mühüm informasiya mənbələrindən birinin Məşğulluq Xidmətləri olduğunu bildirdi.  Aparıcı məsləhətçi digər mənbələri də araşdırmağın vacibliyini  sözlərinə əlavə etdi. Tərcümeyi-hal (CV) tərtibatına toxunan E. Əliyev bildirdi ki, bu zaman məlumatlar dəqiqliklə göstərilməlidir.  İş axtarışında  özünüqiymətləndirmə metodikasının, məqsədin dəqiqləşdirilməsinin də vacibliyini qeyd edən aparıcı məsləhətçi gizli bacarıq və qabiliyyətlərin də üzə çıxarılmalı olduğunu məşğələ iştirakçılarının nəzərinə çatdırdı.

 Nəsimi rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Ramilə Cabbarova isə çalışdığı qurumun əsas fəaliyyət istiqamətlərindən danışdı.  R.Cabbarova Məşğulluq Mərkəzində keçirilən kurslar və bunun əhəmiyyəti barədə tələbələrə məlumat verdi.  Onun sözlərinə görə, mərkəzdə müxtəlif peşə istiqamətləri üzrə 1-3 aylıq kurslar təşkil edilir.  Məsləhətçi kursları bitirənlərə müvafiq diplomlar verildiyini qeyd etdi.  

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, bu tipli məşğələlərin digər fakültələrin tələbələri üçün də keçirilməsi nəzərdə tutulur. 


Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat