İngiltərənin Vulviç Cəza Məhkəməsi qalmaqallı “Vikiliks” internet saytının sahibi Culian Assancla bağlı qərar verib.
Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Assanc İsveçə ekstradisiya ediləcək. Məhkəmədə Assancı vəkil Geoferi Robertson, İsvec tərəfini isə vəkil Klara Montgomeri təmsil edib, qərarı hakim Hovard Riddle açıqlayıb.
Hakim Assancın İsveçə qaytarılaçağı təqdirdə "ədalətli mühakimə” edilməyəcəyi iddiasını qəbul etməyib və Assancın İsveçə qaytarılmasınına qərar verib.
Assancın məhkəmənin qərarını ilə bağlı 7 gün ərzində şikayət etmək hüququ var.
Assanc isə İsveçə qaytarılacağı təqdirdə ABŞ-a göndərilməsi ehtimalından qorxduğunu və İsveçdəki məhkəmə prosesinin ədalətli olmayacağını bildirib.
Modern.az