Modern.az

İlham Əliyev ABŞ dövlət katibinin 1-ci müavini ilə təkbətək görüşüb

İlham Əliyev ABŞ dövlət katibinin 1-ci müavini ilə təkbətək görüşüb

Təhsil

24 Fevral 2011, 19:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (AzərTAc)
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.
Ceyms Staynberq ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarını İlham Əliyevə çatdırıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ştatların dövlət katibinə çatdırmağı xahiş edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat