Güney Azərbaycanın Təbriz şəhərində “Xocalı soyqırımı-insanlığa qarşı ağlasığmaz cinayət” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Təbrizdəki Baş konsulluğunda düzənlənən konfransda İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun nümayəndələri, bu şəhərdə yaşayan Azərbaycan vətəndaşları iştirak edib.
Modern.az AzərTac-a istinadən xəbər verir ki, konfransda “Məhv edilmiş şəhər” sənədli filmi və “Xocalıya ədalət” musiqili klipi nümayiş etdirilib.