Səhiyyə Nazirliyinin stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirdiyi sertifikasiya imtahanlarının nəticələri bəlli olub. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, 23.02.2011-ci il tarixində stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 97 həkim iştirak edib.
İştirakçılardan 11 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 96 nəfər (99%) uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları mama-ginekologiya və pediatriya ixtisasları üzrə 02.03.2011-ci il tarixində keçiriləcək.
Modern.az