Modern.az

Vaqif Əliyev nazir müavini kimi Xocalı tədbirində çıxış edib

Vaqif Əliyev nazir müavini kimi Xocalı tədbirində çıxış edib

Təhsil

25 Fevral 2011, 16:02

Bu gün Axundov adına Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib. Konfransda Azərbaycan xalqına qarşı törədilən dəhşətli qətliamın canlı şahidi olmuş Xocalı sakinləri ilə yanaşı ölkənin tanınmış ictimaiyyət nümayəndələri və eləcə də  KİV təmsilçiləri  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Milli kitabxananın direktoru Kərim Tahirov Xocalı soyqırımı haqda geniş nitq söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqı öz faciəsini dünya ictimaiyyətinə çatdıra bilməsə də öz yolundan heç vaxt geri dönməməlidir:

“Xocalı ümümbəşər faciəsidir. Bu gün bir çox insanlar 20 yanvar hadisəsi ilə Xocalını eyniləşdirirlər. Mən bu fikrin qəti olaraq əleyhinəyəm. Qanlı yanvar faciə deyil, Azərbaycan xalqının milli azadlıq hərəkatıdır. Mən bir mütəxəssis kimi deyə bilərəm ki, bu istiqamətdə ən böyük təbliğat vasitəsi qələmdir. Təsəvvür edin, 50-60 il sonra Xocalıda yaşananların canlı şahidi olacaqmı? Təbii ki, yox, amma bir tək əlimizdə qalan kitablar və eşitdiklərimiz qalacaq”.

Xocalını anım mərasimində mədəniyyət və turizm nazirnin I müavini Vaqif Əliyev çıxış edib. O, Azərbaycan prezidentinin bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirib: “Son zamanlar  ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində mən hesab edirəm ki, biz qismən də olsa haqlı səsimizi dünyaya çatdıra bilmişik. Bu işdə Leyla xanım Əliyevanında rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək yerinə düşərdi. Düşünürəm ki, biz öz səsimizi dünya ictimaiyyətinə duyura biləcəyik”

Tədbirdə bir neçə Xocalı sakini, Xocalı rayon İcra Hakimiyyyətinin nümayədələri də çıxış ediblər. Xüsusi ilə qanlı hadisənin şahidi olamuş keçmiş polkovnik Sadir Məmmədov gördüyü mənzərəni canlandırdığı “Xocalı cinayəti” adlı kitabı təqdim edib. O, bu vaxtadək gizli qalan tükürpədici faktlara toxunub.

“Xocalı sanki qan ağlayırdı. İnsanlar heç bilmirdilər nə etsinlər. Hətta, indki kimi yadımdadır ki, biz vertolyot tapmırdıq insanlara ərzaq aparaq. Onları köçürək. Xocalılar bilirdilər ki. belə bir hadisə baş verəcək. Odur ki, gecə saat 23-dən səhər saat 7-ə kimi davam edən hücüm Xocalını yer üzündən sildi. Onların vəhşilikləri dilə gələn deyil. Hətta ekspertiza rəyində göstərilmişdi ki, 181 meyitdən 11-nin baş dərisi tam soyuluşdu, qız gəlinlərimizin başına gətirilən müsibət insanlqğ adına qara ləkədir”.

Qeyd edək ki, tədbirdə Azərbaycanın bir neçə Milli Qəhrəmanı da iştirak edib. Onlar da çıxış edərək Xocalı qurbanlarını yad ediblər.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat