Modern.az

Azərbaycanda insan alverilə mübarizədə görülən işlər ATƏT PA-da bəyənilib

Azərbaycanda insan alverilə mübarizədə görülən işlər ATƏT PA-da bəyənilib

Təhsil

25 Fevral 2011, 18:11

ATƏT PA-nın insan alverilə bağlı məruzəçisi Xristofer Smit Azərbaycanda insan alveri əleyhinə aparılan işləri təlqin edib. Bu barədə Modern.az-a Azərbaycanın  ATƏT PA-dakı nümayəndə heyətinin üzvu Eldar İbrahimov məlumat verib.

Deputat qeyd edib ki, təmsil olunduğu ikinci komitədə insan alverinə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb:
“Mən bu komitədə insan alverinə qarşı Azərbaycanda görülən işlərdən danışdım. Bununla bağlı Milli Proqramın olduğunu, hər il parlamentdə daxili işlər nazirinin müavini, insan alveri üzrə kordinatorun hesabat verdiyini qeyd etdim. ATƏT PA-nın insan alveri üzrə məruzəçisi Xristofer Smit məsələ ilə bağlı çıxışında Azərbaycanın bu sahədə görduyu işləri təlqin etdi və bunların davamlı omasının vacibliyini dedi”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat