Modern.az

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı

Təhsil

25 Fevral 2011, 21:43

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikası prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu”na “Dövlət Material Ehtiyatları Agentliyi” abzasından sonra “Su Ehtiyatları Dövlət Agentliyi” abzası əlavə edilib.

Nazirlər Kabinetinə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat