Modern.az

Piter Semnebi müxalifəti bir yerə yığıb

Piter Semnebi müxalifəti bir yerə yığıb

Təhsil

26 Fevral 2011, 18:06

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu gün Azərbaycanın müxalifət rəhbərləri İsa Qəmbər, Əli Kərimli, Əvəz Temirxan, Əli Əliyev, Sərdar Cəlaloğlu, İqbal Ağazadə və Pənah Hüseynlə görüş keçirib.
P.Semnebi Azərbaycanda son ictimai-siyasi vəziyyətlə, ölkə müxalifətinin durumu ilə maraqlanıb. Müxalifət liderləri ölkədəki vəziyyət barədə fikir mübadiləsi zamanı sosial-iqtisadi və ictimai-siyasi vəziyyətin ağırlığını, son parlament seçkilərinin saxtalaşdırıldığını, hakimiyyətin cəmiyyəti aldatmağa xidmət edən “kadr dəyişiklikləri” və “korrupsiyaya qarşı mübarizə tədbirlərinin” imitasiya olduğunu onun diqqətinə çatdırıblar.
Liderlər müxalifətdaxili proseslərdən danışarkən seçki dövründə yaradılmış 3 seçki blokunun fərqli və uyğun baxışları ilə diplomatı tanış ediblər.
Görüşdə Aİ –Azərbaycan münasibətlərinə aid bir sıra məsələlər də müzakirə olunub.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat