Modern.az

Mərkəzi Bank "Birlikbank" barədə yeni açıqlama yaydı

Mərkəzi Bank "Birlikbank" barədə yeni açıqlama yaydı

Təhsil

28 Fevral 2011, 13:45

Modern.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı bir müddət öncə lisenziyası dayandırılan “Birlikbank” ASC barədə yeni açıqlama yayıb.

“Son vaxtlar “Birlikbank” ASC-nin bank lisenziyasının ləğv edilməsinə dair mətbuatdan daxil olan sorğularla bağlı bildiririk ki, “Birlikbank” ASC cari fəaliyyətini prudensial və etibarlı qaydada həyata keçirməmiş, bu da bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Bankda yaranmış vəziyyət, eləcə də qanunvericiliyin və müxtəlif normativ aktlarının tələblərinin pozulması ilə əlaqədar AMB-nin banka rəsmi xəbərdarlıqlar etməsinə baxmayaraq, maliyyə vəziyyətinin yaxşılaşdırılması və institusional inkişafın təmin olunması istiqamətində göstərişlərə əməl edilməmiş və nəticədə bank ödəniş qabiliyyətini itirmişdir.
Bank sektoru və dövlət orqanları qarşısında vaxtı keçmiş öhdəliklərini yerinə yetirə bilməməsi, habelə aktivlərin keyfiyyətinin və onların idarəetmə səviyyəsinin məqbul səviyyədə olmaması, AMB-nin qanunvericiliyə uyğun olaraq verdiyi yazılı göstərişlərə riayət etməməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin 24 yanvar 2011-ci il tarixli qərarı ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununu əsasında bankın lisenziyası ləğv edilmişdir. Bu barədə “Xalq” qəzetinin 28 yanvar 2011-ci il tarixli sayında müvafiq mərlumat dərc olunmuşdur.
İdarə Heyətinin qərarıyla “Birlikbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir və qanunvericiliyə uyğun olaraq növbəti hüquqi prosedurlar həyata keçirilir. Müvəqqəti inzibatçı bankın yerləşdiyi müvafiq ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23)”.

Mərkəzi Bank bildirib ki, 28 fevral 2011-ci il tarixinə respublikada 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat