Modern.az

Sumqayıt hadisələri barədə yeni sayt istifadəyə verildi

Sumqayıt hadisələri barədə yeni sayt istifadəyə verildi

Təhsil

28 Fevral 2011, 14:17

Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com  internet saytının təqdimatı keçirilib. Modern.az xəbər verir ki, təqdimatda  Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov, baş prokurorun müavini Rüstəm Usubov, Milli Məclisin deputatı Musa Qasımlı çıxış ediblər.

Saytda  əsasən 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında materiallar yerləşdirilib, həmçinin  Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlər, keçmiş SSRİ rəhbərliyinin yarıtmaz milli siyasətinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı faktlarına da xüsusi yer ayrılıb.

Tədbirdə çıxış edən dövlət rəsmiləri bildirdilər ki, bu saytın  əsas məqsədi Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat