Modern.az

Erməni hüquq müdafiəçisi: “Əsgər ölümlərini bizə Azərbaycanın diversiya aktının nəticəsi kimi də sırıyırlar”

Erməni hüquq müdafiəçisi: “Əsgər ölümlərini bizə Azərbaycanın diversiya aktının nəticəsi kimi də sırıyırlar”

Təhsil

28 Fevral 2011, 16:20

“Ermənistan ordusunda zorakılıq və amansız davranış faktları ilə bağlı işlərin təhqiqi ilə məşğul olan qurumlar qeyri-obyektivlik nümayiş etdirirlər”. Bu barədə Helsinki Assosiyasının rəhbəri Mikael Danilyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əsgər ölümləri ilə bağlı cinayət işi açılsa da, son nəticədə hərbi prokorurluq, polis, tibbi eksperitza bu cinayətlərin motivlərini saxtalaşdırır. Bu qurumlar əsgər ölümlərini ya xəstəlik üzündən yaxud özünəqəsd kimi qeyd edir.
“Ya da orduda baş verən əsgər ölümlərini bizə Azərbaycanın diversiya aktının nəticəsi kimi də sırıyırlar”-deyə Danilyan bildirib.  
“İnsanları “morqa” gətirir və deyirlər ki, ölüm ürək çatışmamzlığından baş verib. Amma meyidi çevirmək kifayətdir ki, arxasında çoxlu sayda qançırların izlərini görəsən”-deyə o vurğulayıb.
O deyib ki, qətlin müəyyən edilməsində tibbi ekspertizanın rolu böyükdür. “Çünki bütün saxtakarlıqlar məhz tibbi ekspertizanın rəyindən sonra başlanır”. 
Danilyan həmçinin Ermənistan vətəndaşlarının Dağlıq Qarabağa getməməyə çağırıb. “Ermənistan vətəndaşları Qarabağ ərazisində hərbi xidmətə aparılmamlıdır. Bu zaman orduda bir çox problemləri həll etmək olar”-deyən Danilyan dolayısı yolla Qarabağ erməniləri ilə “İrəvan erməniləri” arasında ciddi münaqişələrin olduğuna eyham vurub.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat