Modern.az saytı xəbət verir ki, bu gün Azərbaycan Dillər Universitetində Esseks Univerisitetində təhsil almaq üçün Böyük Britaniyaya yola düşəcək tələbələr və onların valideynləri ilə görüş keçirilib. Görüşdə ADU-nun rektoru, prefessor Səməd Seyidov, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braun, British Council-in baş direktoru Paul Clementsan, universitetin prefessor-müəllim heyəti iştirak edib.
Tədbirdə çıxış edən S.Seyidov rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışıb. “Azərbaycan Dillər Universiteti dünyanın bir sıra öndə gedən ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqlərinə malikdir. Biz hazırda Almaniya, Böyük Britaniya, Fransa, Çin, İsrail, Malaziya, İsveç, Norveç kimi təhsil sistemində böyük təcrübəyə malik olan ölkələrlə əməkdaşlıq edirik”.
S.Seyidov bildirib ki, ADU bundan sonra da dünyanın aparıcı universitetləri ilə də ikitərəfli əməkdaşlıq əlaqaləri bundan sonra da davam etdiriləcək.. Rektor Böyük Britaniyanın Esseks Universiteti ilə birbaşa əlaqələr qurmağın mümkün olmadığını qeyd edib: “Bu gün heç bir ölkənin universitet tələbələri Esseks Universitetinə birbaşa qəbul ola bilmirlər. Bunun əsas səbəbi odur ki, bizim təhsil sistemi ilə Britaniya təhsli arasında böyük fərqlər var. Biz çalışdıq ki, aramızdakı fərqlər nisbətən aradan qalxsın. Bü gün Azərbaycanlı tələbələrin Esseks kimi dünyanın aparıcı universitetində təhsil alması təqdirəlayiq haldır”.
Tədbirdə daha sonra Böyük Britaniyanın ölkəmizdəki səlahiyyətli səfiri Karolin Braun çıxış edərək ölkələrimiz arasındakı təhsil sahəsində mövcud olan əlaqələri yüksək qiymətləndirib. Onun sözlərinə görə, universitetlər arasında imzalanmış müqavilə hər iki ölkə üçün uğurlu olacaq.
|
|
|