Modern.az

Nazirlikdə struktur islahatları aparılıb, yeni xidmət yaradılıb

Nazirlikdə struktur islahatları aparılıb, yeni xidmət yaradılıb

Təhsil

28 Fevral 2011, 18:29

Modern.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatları həyata keçirilib. Nazirlikdən verilən məlumata görə, bu islahatlar Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərmana əsasən Nazirliyin yeni əsasnaməsi və strukturu təsdiqlənib.
Beləliklə nazirliyin fəaliyyət istiqamətləri daha da artırılıb. Əgər əvvəlki dövrdə nazirlik yalnız təsərrüfat mexanizmini həyata keçirirdisə, bundan sonra  Nazirlik 2 istiqamət üzrə fəaliyyət göstərəcək. Siyasi və İcra mexanizmləri üzrə iş prinsipi ayrıca aparılacaq.
Nazirlik aparat olaraq siyasi, nazirliyin strukturuna daxil olan qurumlar isə icra mexanizmini həyata keçirəcək.

Nazirliyin strukturu təsdiq olunanda yeni xidmətlər yaradılıb. Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti və yeni Dövlət Sosial Müdafiə xidməti yaradılıb.

Bununla yanaşı, nazirliyin aparatının və digər qurumlarının strukturlarında müvafiq dəyişikliklər edilməsi, informasiya texnologiyaları şöbəsi, informasiya təminatı, daxili nəzarət və başqa bu kimi şöbə və sektorların yaradılması planlaşdırılır. Bir sıra qurumların ləğvi ilə yanaşı onların bazasında yenilərinin təsis edilməsi, bəzi şöbələrin mövcud ştat vahidlərinin artırılması da nəzərdə tutulur. Bütün bunlar isə Nazirliyin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar yeni daxili nəzarət sisteminin yaxşı işləməsinə imkan yaradacaq.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat