Bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O, bildirib ki, 2010-cu ilin payız mövsümündə 915.12 min hektar sahədə taxıl əkilib. Bunun da 660.5 min hektarını payızlıq buğda, 254.7 min hektarının isə arpa təşkil edir. M.Hacıyevin sözlərinə görə, qeydə alınan bu göstərici ötən ilkindən 6.6 min hektar çoxdur: “Hava şəraiti imkan versə, bu il üçün Azərbaycanda 2.5 milyon ton məhsul yığılması proqnozlaşdırılır. Bunun da hardasa 2 milyon tonunu məhz ərzaq buğdası təşkil edəcək. Dövlət proqramına əsasən, yaxın illərdə bu rəqəmin 3 milyon tona çatdırılması nəzərdə tutulub”.
Modern.az