Modern.az

YAP Nəsimi rayon təşkilatı himayəyə götürdüyü 500 xəstə qadını ziyarət edib

YAP Nəsimi rayon təşkilatı himayəyə götürdüyü 500 xəstə qadını ziyarət edib

Təhsil

2 Mart 2011, 19:14

YAP-ın Nəsimi rayon təşkilatı 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə 1 saylı Ruhi-Əsəb Xəstəxanasında müalicə olunan qadınları ziyarət edib. Bu barədə Modern.az saytına YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı məlumat verib. Onun sözlərinə görə, həmin xəstəxanada uzun müddətdir 500-dən çox xəstə qadın müalicə olunur. M.İbrahimqızı deyib ki, həmin qadınlar YAP-ın Nəsimi rayon təşkilatının hamiliyə götürdüyü xəstələrdir. Bu günkü ziyarət zamanı təşkilat adından xəstələrə Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələr paylanıb, onlar üçün konsert proqramı təşkil olunub.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat