Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanın nəticələri bəlli olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, martın 2-də mamalıq-ginekologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 122 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 119 nəfər (98%) uğurlu nəticələr əldə edib.
Sertifikasiyaya dair yanvar-fevral aylarında 12 ixtisas üzrə imtahan keçirilib. Keçirilən test imtahanlarında ümumilikdə 294 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 274 (93%) nəfəri uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları psixiatriya və yoluxucu xəstəliklər ixtisasları üzrə 16.03.2011-ci il tarixində keçiriləcək.
Modern.az