Modern.az

Mehriban Əliyeva ABŞ səfiri ilə görüşüb

Mehriban Əliyeva ABŞ səfiri ilə görüşüb

4 Mart 2011, 18:18


Martın 4-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunan səfiri Metyu Brayza ilə görüşüb.

Modern.az AzTV-yə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva səfir M.Brayzanı  yeni təyinatı münasibətilə təbrik edib. M. Əliyeva bildirib ki, o, M. Brayzanın Azərbaycandakı fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə əmindir. Heydər Əliyev Fondunun prezidenti Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. M. Əliyeva rəhbəri olduğu Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun keçirdiyi layihələr  barədə səfirə məlumat verib.

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Metyu Brayza təbriklərə görə, M. Əliyevaya minnətdarlığını bildirib. Səfir Heydər Əliyev Fondunun fəaliyyətinin ölkəmizin inkişafına yönəldiyini deyərək, Fondun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Metyu Brayza M.Əliyevanın rəhbərlik etdiyi təşkilatın Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına xüsusi diqqətlə yanaşmasının beynəlxalq miqyasda da müsbət qarşılandığını deyib. Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat