Modern.az

İTV-nin Yayım Şurasına namizədlər irəli sürülüb

İTV-nin Yayım Şurasına namizədlər irəli sürülüb

4 Mart 2011, 23:48

Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında İctimai Televiziya və Radio Yayımları Şurasının üzvlüyünə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası və Mətbuat Şurasının yeni namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub. Müzakirələr əvvəlki üzvlərin 6 illik səlahiyyət müddətinin 2011-ci ilin martın 15-də başa çatması ilə bağlı aparılıb. İctimai Televiziya və Radio Yayımları Şurası üzvlüyünə Həmkarlar İttifaqı Konfederasiyadan Aqil Dadaşov və Əli Cəfərov, AMEA-dan Muxtar İmanov, Mətbuat Şurasından isə Cahangir Məmmədli və Zaur Babayevin namizədliyi irəli sürülüb.  Müzakirələrdən sonra onların namizədlikləri uyğun bilinərək parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə olunub. İclasda İctimai Teleradionun fəliyyəti barədə də danışılıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, İctimai Televiziya qısa müddətdə həqiqətən də çox mükəmməl bir televiziya, yaradıcılıq institutuna çevrilib. “Televiziyanın proqramları bizi tam təmin edir. İctimai Televiziyada elə verilişlər var ki, onlar digər televiziyalara nümunə ola bilər. İctimai Teleradionun ən üstün cəhəti ondan ibarətdir ki, bütün demokratikliyi ilə cəmiyyətin, dünyada baş verən hadisələrin əhval-ruhiyyəsini və ovqatını bütün genişliyi ilə əhatə edir. İctimai Televiziya beynəlxalq münasibətlərdə də fəal iştirak edir”-deyə Nizami Cəfərov bildirib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat