Martın 5-də Azərbaycan və Ermənistanın dövlət başçıları Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə görüşürlər. Bu, İlham Əliyevlə Serj Sərkisyanın 2011-ci ildə ilk görüşüdür. İlham Əliyevlə Serj Sərkisyan 2008-ci ildən indiyədək 11 dəfə görüşüblər. Ancaq indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı ciddi irəliləyiş qeydə alınmayıb.
Soçidə, dağ-xizək kurortu olan Krasnaya Polyanada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən nə hasil olacaq?
Modern.az "Rosbalt" İA-ya istinadən bildirir ki, söhbətə başlamazdan əvvəl prezidentlər dairəvi stolda yerlərini tutblar və foto-video çəkilişləri aparmaq üçün jurnalistlərə bir neçə dəqiqə ayırıblar. Rəsmi danışıqlardan sonra söhbət bir qədər qeyri-rəsmi formada davam etdiriləcək. Prezidentlər xizək yollarının birinə qalxacaqlar. Aktual məsələlər işgüzar nahar zamanı aparılacaq. Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlıdır.
Modern.az