Modern.az

Polisdən şikayəti olanlar general Usubovun qəbuluna düşə biləcəklər

Polisdən şikayəti olanlar general Usubovun qəbuluna düşə biləcəklər

5 Mart 2011, 14:47

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov bu il martın 15-də Şirvan şəhərində, martın 26-da Quba rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək.
Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Ramil Usubov martın 15-də Şirvan şəhərində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl sakinlərini qəbul edəcək.
Martın 26-da Quba rayonunda keçiriləcək qəbulda isə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı sakinləri ilə iştirak edə biləcəklər.  

Qəbul rayon polis şöbələrində həmin tarixlərdə saat 11:00-da başlayacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat