Modern.az

Prezidentlər bəyanat verdilər: “Bütün mübahisəli məsələlər sülh yolu ilə həll edilməlidir”

Prezidentlər bəyanat verdilər: “Bütün mübahisəli məsələlər sülh yolu ilə həll edilməlidir”

5 Mart 2011, 18:17

Azərbaycan və Ermənistan hərbi əsirlərin qaytarılması barədə razılığa gəlib


Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçi görüşünün nəticələri ilə bağlı birgə bəyanat qəbul ediblər. Modern.az-ın məlumatına görə, sənəddə bildirilir ki, prezidentlər 2010-cu ildə Həştərxanda keçirlən görüş zamanı qəbul edilən bəyanatın praktik reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər. Bundan başqa prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirlməsi barədə razılıq əldə ediblər.

Sənəddə həmçinin  “bütün mübahisəli məsələləri sülh yolu ilə həll etmək səyi” vurğulanıb və ATƏT-in Minsk qrupu həmsədrlərinin, hər iki tərəfin iştirakı ilə cəbhə xəttində atəşk’s rejiminin pozulması faktlarının təhqiq edilməsi barədə razılıq əldə edilib.

“Prezidentlər belə mütəmadi əlaqələrin vacibliyini vurğulayıblar və bu formatı davam etdirmək barədə razılıaşıblar”-deyə bəyanatda bildirlir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat